logo

Moskvada yaşayış binasında partlayış olub

20:17 29-06-2020 | icon 2863
Moskvada yaşayış binasında partlayış olub

Rusiyanın paytaxtı Moskva şəhərinin Proxodçikov küçəsində yerləşən yaşayış binasında partlayış olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, partlayış qaz sızması nəticəsində baş verib.

Nəticədə yaşayış binasında dörd mənzildə yanğın olub. Ölkənin Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın söndürülüb, 7 nəfər xəsarət alıb və bir nəfərin vəziyyəti ağırdır.