logo

Hesablama Palatası Əbülfəs Qarayevin fəaliyyətini yoxlayır

17:48 29-06-2020 | icon 2443
Hesablama Palatası Əbülfəs Qarayevin fəaliyyətini yoxlayır

Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyi dövrlə bağlı yoxlamalara başlayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib. Qeyd edilib ki, yaxın günlərdə yoxlamaların nəticələri ictimaiyyətə açıqlanacaq. 

Xatırladaq ki, mayın əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində apardığı əməliyyat tədbirləri nəticəsində nazir müavini və idarə rəisləri rüşvət aldıqlarına görə həbs olunublar.

Bundan sonra prezident İlham Əliyevin mayın 21-də imzaladığı sərəncamla Əbülfəs Qarayev  nazir vəzifəsindən azad edilib.