logo

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi açıqlanıb

14:55 29-06-2020 | icon 714
Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin iyunun 30-da keçiriləcək iclasının gündəliyi açıqlanıb.

 YeniAvropa xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

İclasda Vergi Məcəlləsində, “Notariat haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda müzakirə ediləcək.