logo

Koronavirus bir müddət həyatımızda qalacaq- ÜST-dən xəbərdarlıq

10:55 29-06-2020 | icon 1715
Koronavirus bir müddət həyatımızda qalacaq- ÜST-dən xəbərdarlıq

“Biz koronavirusu dayandırmağı bacarana qədər o, həyatımızda olacaq".

 YeniAvropa xəbər verir kibu fikri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmanci səsləndirib.

Onun sözlərinə görə, biz hələ uzun aylar çətin sınaqdan keçəcəyik.

“Biz bunu başa düşməliyik.Koronavirusla mübarizə üçün qarşımızda uzun bir yol var. Xoşumuza gəlməyən, öyrəşmədiyimiz, bizim üçün çətin olacaq işləri etmək məcburiyyətində olacağımız aylar var,-deyə Hande Harmanci  xəbərdarlıq edib.

ÜST rəsmisi hər kəsi fiziki məsafəni qorumağa, əllərini tez-tez yumağa və maska taxmağa çağırıb: “Tibb işçiləri, test edin, özünüzü təcrid edin, təmasda olduğunuz insanları müəyyən edin və onları karantinə alın. Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı qoruya bilərik”.