logo

Oqtay Şirəliyev TƏBİB sədrinə efirlərdə görünməyi qadağan edib?

10:30 28-06-2020 | icon 3528
Oqtay Şirəliyev TƏBİB sədrinə efirlərdə görünməyi qadağan edib?

Son dörd gündə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının görünməməsi sosial şəbəkələrdə müxtəlif şayələrə yol açıb. Belə iddia edilir ki, koronavirus yoluxmaların sürətlə artdığı bir dövrdə onun ölkənin ən vacib tədbirinə qatılmamasına, ümumiyyətlə efirlərdə görünməməsinə  səhiyyə naziri Oqtay Şirəliyev qadağa qoyub.

YeniAvropa xəbər verir ki, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva  deyilənləri təkzib edib:“Operativ Qərargahın brifinqində aidiyyətli mövzu olanda Ramin doktor çıxıb danışır. Brifinq Operativ Qərargah tərəfindən təşkil edildiyindən bu sualı onlara ünvanlayın. Bizə aid mövzu olarsa, yenə Ramin bəy çıxıb danışacaq”.

Xatırladaq ki, iyunun 23-də səhiyyə naziri Oqtay Şirəliyevlə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı arasında konflikt yaşanıb. Konfliktə səbəb TƏBİB sədrinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi işdən kənarlaşdıraraq onun yerinə Cavanşir Fərəcov təyin etməsi olub.

Üstündən bir neçə saat keçmiş Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası TƏBİB-in tabeliyindən çıxarılaraq yenidən Səhiyyə Nazirliyinin balansına qaytarılıb, Rauf Nağıyev isə təkrar əvvəlki vəzifəsinə təyin edilib.

Bu hadisədən sonra  TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlını Operativ Qərargahın iclaslarında grən olmayıb.