logo

Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü

22:47 27-06-2020 | icon 2765
Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü

Dünyada koronavirusa yoluxan 5 414 852 nəfər sağalıb, 498 990 nəfər isə virusdan ölüb.

YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. Son məlumata görə, indiyədək 10 004 961 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (2 581 648), Braziliya (1 284 214) və Rusiyada (627 646) qeydə alınıb.

Qeyd edək ki, mayın 19-na olan məlumata görə,dünyada koronavirusa yoluxanların sayı 5 milyon nəfər idi. Son bir ay ərzində yoluxma 2 dəfə artaraq 10 milyon nəfəri keçib.  

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.