logo

İranda  daha 125 nəfər koronavirusdan öldü

15:55 27-06-2020 | icon 2793
İranda  daha 125 nəfər koronavirusdan öldü

İranda koronavirus can almaqda davam edir. Son 24 saat ərzində 2456 nəfər virusa yoluxub, 125 nəfər vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 220 min 180 nəfərə, ölənlərin sayı isə 10 min 364-ə yüksəlib. Xüsusi xəstəxanalarda müalicə alan 180 min 661nəfər isə sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 3 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.