logo

Hindistandan daha beş soydaşımız Gürcüstan vasitəsilə ölkəyə qayıdıb

16:10 26-06-2020 | icon 2422
Hindistandan daha beş soydaşımız Gürcüstan vasitəsilə ölkəyə qayıdıb

Azərbaycanın Gürcüstandakı səfirliyi xarici ölkələrdə müvəqqəti yaşayan, işləyən vətəndaşlarımızın ölkəmizə qaydışını davam etdirir.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulu Ramel Lətifov məlumat verib. 

Konsul qeyd edib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Xarici İşlər Nazirliyinin təlimatına əsasən, vətəndaşlarımızın koronavirusa yoluxmaqdan mümkün qorunması məqsədilə mütəmadi olaraq onların təxliyəsini həyata keçirir. İyunun 26-da Hindistandan Gürcüstana xüsusi təyyarə ilə gələn daha 5 nəfər Azərbaycan vətəndaşı Ş.Rustaveli adına Tbilisi beynəlxalq hava limanından Gürcüstan-Azərbaycan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə gətiriliblər. Onlar Azərbaycanda iki həftə karantin rejimində saxlanılacaqlar.

“Səfirlik bu məsələni yenə də diqqətdə saxlayır və ehtiyac yarandığı anda vətəndaşlarımızın Azərbaycana təxliyəsi həyata keçiriləcək”, - deyə R.Lətifov vurğulayıb.

Məlumat üçün bildirək ki, vəziyyətlə əlaqədar səfirlikdə +995 577-06-50-50 nömrəli “Qaynar xətt” yaradılıb.