logo

Tovuzda 6 tona yaxın  çətənə kolu məhv edilib

18:48 25-06-2020 | icon 2163
Tovuzda 6 tona yaxın  çətənə kolu məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində yabanı halda bitən və çəkisi 5 ton 714 kiloqram olan 3257 çətənə kolu məhv edilib.