logo

AzTV-nin sədr müavini və 50-dən artıq əməkdaş koronavirusa yoluxub

13:50 25-06-2020 | icon 2625
AzTV-nin sədr müavini və 50-dən artıq əməkdaş koronavirusa yoluxub

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də koronavirus sürətlə yayılıb.

YeniAvropa xəbər verir ki, bu barədə "yenicag.az" məlumat yayıb. Bildirlib ki,  AzTV-də 50-dən çox əməkdaş koronavirusa yoluxub.

Yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var. Vəzifəli şəxlərlə yanaşı, AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.