logo

İyulun 1-dən Türkiyədə toylar başlayır

21:36 24-06-2020 | icon 2835
İyulun 1-dən Türkiyədə toylar başlayır

Türkiyədə toy mərasimlərin keçirilməsinə iyulun 1-dən etibarən icazə veriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi icra strukturlarına müvafiq təlimat göndərib.

Yoluxma riskini azaltmaq üçün toyların mümkün olduqca qısa vaxtda və açıq havada keçirilməsi tapşırılıb. Təlimata görə, toy məkanlarının girişlərində və masalarda dezinfeksiyaedici maddələr qoyulacaq, maska taxmaq məcburi olacaq. Nikah salonlarında sosial məsafə qaydalarına uyğun olaraq, masalar arasında məsafə ən az 1,5 metr, stullar arasında 60 santimetr olacaq. Bununla yanaşı qarşılanma və vida əsnasında əllə görüşməyə, kollektiv foto çəkilişlərə də icazə verilməyəcək.

Gəlin və bəyin rəqsi istisna olmaqla, heç bir rəqs və şouya icazə verilməyəcək.

Kənddə və ya küçədə keçirilən toylarda yemək üçün birdəfəlik istifadə üçün nəzərdə tutulan qablara üstünlük veriləcək.