logo

İlham Əliyev Gəncədə  bir sıra obyektlərin açılışında iştirak edib

16:26 24-06-2020 | icon 2450
İlham Əliyev Gəncədə  bir sıra obyektlərin açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində  “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Prezident İlham Əliyev zavodu işə salıb.

Gəncəyə səfərləri çərçivəsində bu gün prezident İlham Əliyev və  birinci xanım Mehriban Əliyeva şəhərin ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə də tanış olublar.n,