logo

4,5 ildən sonra “Günəşli”dən tapılan  meyitin kimliyi bəlli olub

12:52 24-06-2020 | icon 2345
4,5 ildən sonra “Günəşli”dən tapılan  meyitin kimliyi bəlli olub

Ötən həftə  Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın meyiti 190 metr dərinlikdə tapılması haqda məlumat vermişdik.

 YeniAvropa xəbər verir ki, analizlər nəticəsində müəyyən edilib ki, tapılan meyitlərdən biri qəza zamanı itkin düşmüş 4-cü dərəcəli neft-qazçıxarma operatoru, 1971-cü il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğluna məxsusdur.

Azərbaycan Dövlət Neft Şirkətindən(SOCAR)  verilən məlumatda meyitin bu gün ailə üzvlərinə təhvil veriləcəyi qeyd edilib.  

Digər meyitin qalıqlarının analizləri davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb. Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.

Ötən ay itkin düşən dənizçilərdən ikisinin - 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin meyiti tapılmışdı. Meyitlər tanınan vəziyyətdə oublar.