logo

Azərbaycanda daha 508 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

19:12 23-06-2020 | icon 2464
Azərbaycanda daha 508 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 508 yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, "COVID-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 13 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib. Aktiv xəstə sayı 6045 nəfərdir.

Ötən müddət ərzində 432 min 858 test aparılıb. Bugünkü test sayı isə 6464-dür.