logo

Avropa İttifaqı və ÜST Azərbaycana tibbi yardım göndərdi

15:07 23-06-2020 | icon 2513
Avropa İttifaqı və ÜST Azərbaycana tibbi yardım göndərdi

Avropa İttifaqı(Aİ0 və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana 160 min maska və 8 min qoruyucu kombinezon göndərib.

YeniAvropa xəbər verir ki, bu barədə ÜST-nin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, tibbi yardım tərkibində 10 000 şəffaf maska, 10 000 qoruyucu maska, 8 000 qoruyucu kombinezon, 140 000 respirator maska Azərbaycana gətirilib.

Məlumatda bildirilib ki, bu yardım Aİ-nin Şərq Tərəfdaşlığı proqraməna daxil olan ölkələrinin "COVID-19"a qarşı mübarizəsi üçün təşkilatın 30 milyon avro dəyərində “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü”nün tərkib hissəsidir.