logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

12:08 23-06-2020 | icon 2464
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 35 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya  bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 13ı cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 77 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.