logo

İlham Əliyev Əhmədlidə yerüstü keçidinin açılışında iştirak edib

11:57 22-06-2020 | icon 2702
İlham Əliyev Əhmədlidə yerüstü keçidinin açılışında iştirak edib

Prezident İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib.