logo

Sərtləşdirilmiş karantin rejimini pozan 1572 nəfər cərimələnib

11:32 22-06-2020 | icon 378
Sərtləşdirilmiş karantin rejimini pozan 1572 nəfər cərimələnib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan şəxslərin sayını açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Bildirib  ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 21-i saat 00:00-dan iyunun 22-si saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında ümumilikdə 1572 nəfər İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Onlardan 1440-ı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), 132 nəfər isə 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddələrinin tələbini pozduğuna görə məsuliyyətə cəlb olunub.