logo

Xocasəndə taxta sexində baş verən yanğın söndürülüb

17:21 21-06-2020 | icon 4403
Xocasəndə taxta sexində baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində yanğın olması barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Qeyd edilib ki, , Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunublar.

Yanğının qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.