logo

Ermənilər atəşkəs rejimini 24 dəfə pozublar

09:53 20-06-2020 | icon 2023
Ermənilər atəşkəs rejimini 24 dəfə pozublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli və Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.