logo

Paşinyan da Moskvadakı "Qələbə" paradına qatılmayacaq

20:33 19-06-2020 | icon 525
Paşinyan da Moskvadakı "Qələbə" paradına qatılmayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək Qələbə paradına getməyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə “RİA Novosti”  məlumat yayıb. Xəbərə görə, N.Paşinyan bu barədə bu gün keçirilən  Ermənistan Təhlükəsizlik Şurasının iclasında bildirib.

Qeyd olunur ki, buna Ermənistanda COVID-19 ilə bağlı gərgin epidemioloji vəziyyət səbəb olub.

Xatırladaq ki, Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən "Qələbə" paradı  iyunun 24-də Moskvada keçiriləcək.  

Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin də Moskvaya getməyəcəyi bəlli olub.