logo

Daha bir icra başçısı koronavirusa yoluxdu

18:50 19-06-2020 | icon 406
Daha bir icra başçısı koronavirusa yoluxdu

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov koronavirus (COVİD-19) infeksiyasına yoluxub və o, hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

 YeniAvropa xəbər verir ki, Tovuz  rayon İcra Hakimiyyəti prosedura uyğun olaraq karantinə alınıb, əməkdaşlar hazırda fəaliyyətini məsafədən həyata keçirir.

Virusa yoluxan icra başçısının yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.

Xatırladaq ki, bundan əvvəl Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də koronavirus (COVİD-19) infeksiyasına yoluxub.