logo

Tərtərdə bir tondan artıq çətənə bitkisi məhv edilib

14:54 19-06-2020 | icon 2184
Tərtərdə bir tondan artıq çətənə bitkisi məhv edilib

Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xoruzlu kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, tədbir zamanı 3504 ədəd, çəkisi isə 1 tondan artıq çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.