logo

Qaradağ daş karxanasında kişi meyiti tapılıb

12:47 19-06-2020 | icon 2051
Qaradağ daş karxanasında kişi meyiti tapılıb

İyunun 18-də saat 22 radələrində Qaradağ rayonu ərazisində yerləşən "Şahqaya" daş karxanaları kompleksində kişi meyitinin aşkarlanması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Qaradağ Rayon Prokurorluğundan YeniAvropa-ya  bildiriblər ki, meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib. İlkin araşdırmalarla mərhumun son 8-10 il ərzində Şahqaya daş karxanaları kompleksi ərazisində yaşamaqla tüfeyli həyat tərzi keçirmiş “Saşa” adı ilə çağırılan şəxs olması müəyyənləşdirilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.