logo

Paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

10:29 19-06-2020 | icon 2506
Paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

İyunun 21-i səhər saatlarından etibarən şəhərin mərkəzindəki və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

 YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib. Bununla əlaqədar maddələrin qəbul edilmiş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə həmin tarixdə küçəyə çıxmamaq xahiş olunur.