logo

Karantin günlərində çimərliklərdən istifadə qadağan ediləcək

22:37 18-06-2020 | icon 1988
Karantin günlərində çimərliklərdən istifadə qadağan ediləcək

Sərt karantin rejiminin tətbiq ediləcəyi bölgələrdə çimərliklərdən istifadəyə tam məhdudiyyət qoyulacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

O, bildirib ki, əvvəlki məhdudiyyətlərdən fərqli olaraq, bu dəfə sərt karantin rejimi dövründə parkların və bulvarın açıq olacağına görə “SMS icazə” sistemi ilə çıxışa imkan verilən müddət ərzində həmin ərazilərə getmək mümkün olacaq. İnsanların sıx toplaşmaması üçün həmin məkanlara getmə saatları tənzimlənəcək.