logo

Ucar və Göyçay xəstəxanaları da karantin xəstəxanasına çevrildi

17:07 17-06-2020 | icon 6923
Ucar və Göyçay xəstəxanaları da karantin xəstəxanasına çevrildi

Azərbaycanda daha iki xəstəxana karantin xəstəxanasına çevrilib. 

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) bildirilib. Qeyd edilib ki, Ucar rayon Mərkəzi Xəstəxanası karantin xəstəxanasına çevrilib. Burada bu gündən koronaviruslu xəstələr qəbul ediləcək.
İyunun 17-dən həmçinin, Göyçay rayon Mərkəzi Xəstəxanası  da "COVİD-19"la mübarizə xəxtəxanası kimi fəaliyyət göstərməyə başlayıb.

Xəstəxananın direktoru Elçin Bilalov bu səhiyyə ocağının qapılarının iyunun 19-da vətəndaşların üzünə bağlanması və koronaviruzla mübarizə məqsədilə karantin xəstəxanası kimi fəaliyyətə başlaması, eləcə də insanların bu gün səhər saatlarından etibarən içəri buraxılmaması ilə bağlı yaranan narazılıqlara görə Göyçay sakinlərinə müraciət edib, hamını anlayışlı və səbrli olmağa çağırıb.

Direktor bildirib ki, xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşan və müxtəlif hadisələr nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edəcək. Stansiyada bununla əlaqədar zəruri tədbirlər görülüb və şərait yaradılıb. Göyçay Ailə Sağlamlıq Mərkəzində isə şəkərli diabet, ruhi-əsəb, onkoloji və vərəm xəstərinin qəbulu və müvafiq dərmanlarla təchizatı təşkil olunub. Bundan əlavə, müxtəlif cərrahiyyə əməliyyatları və doğuş üçün müraciət edən Göyçay sakinləri, eləcə də avtomobil qəzaları zamanı ağır xəsarət alan şəxslər, digər ağır xəstələr Kürdəmir, Ağsu, Yevlax və Mingəçevir xəstəxanalarına müraciət edəcəklər. Göyçay RMX-da 100-dən çox tibb işçisi fəaliyyət göstərəcək, digər işçilər isə məcburi məzuniyyətə göndəriləcək. Göyçayın kəndlərindəki həkim tibb məntəqələri fəaliyyətini əvvəlki kimi davam etdirəcək.