İcra başçısının xanımının “Azəriqaz”a 80 min borcu var
Sabiq deputat Şəmsəddin Hacıyevin qızı, Ağstafanın yeni icra başçısı Seymur Orucovun həyat yoldaşı Çeşmi Hacıyevanın "Azəriqaz" İB-ə külli miqdarda borcu var.
YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfər "Axar.az"a məlumat verib. O bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi ilə istixana istifadəçisi fiziki şəxs Çeşmi Şəmsəddin qızı Hacıyeva arasında 05 noyabr 2019-cu il tarixində debitor borcun ödənilməsinə dair razılaşma protokolu imzalanan vaxt qarşı tərəfin Birliyə olan borcu 105 min 490 manat təşkil edib: “Protokola əsasən, qarşı tərəf noyabr ayında ilkin ödəniş olaraq 20 min manat, təbii qazdan sərfiyyatdan əlavə olaraq 2019-cu ilin noyabr, dekabr aylarında hər ayın 25-nə kimi 20 min manat, 2020-ci ilin yanvar ayının 10-na kimi 45 min 490 manat olmaqla Birliyə ödəmə öhdəliyini üzərinə götürüb. Lakin ödənişlər lazımi səviyyədə olmadığından və sərfiyyat məbləğləri də bu rəqəmlərin üstünə gəldiyindən, ümumi borc artaraq 2020-ci ilin yanvar ayında 115 068,80 manat təşkil edib. Belə bir durumda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəmə iddiası qaldırılıb. Lakin həmin dövrdə koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı bir çox sahələrin, o cümlədən məhkəmələrin fəaliyyətində məhdudiyyətlər yarandığından, sözügedən proses baxılmamış saxlanılıb. İddianın qaldırıldığı, eləcə də pandemiya dövründə qarşı tərəfin həm borc, həm də sərfiyyata görə apardığı ödənişlərdən sonra ümumi borc azalaraq 79 816,20 manat təşkil etmişdir”.
Qurumdan o da bildirilib ki, "Azəriqaz" İstehsalat Birliyi heç də iddiasından geri çəkilməyib və borcun tam bağlanılmadığı təqdirdə məhkəmə iddiasının qaldırılması hüququnu özündə saxlayır: “Fiziki şəxs Çeşmi Şəmsəddin qızı Hacıyevanın borclarına gəldikdə, bu, əsasən 2017, 2018-ci illərdə ayrı-ayrı aylarda qazdan böyükhəcmli istifadə müqabilində aylıq ödənişin ya nisbətən, ya da ümumiyyətlə ödənilmədiyindən yığılıb. Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi mövsüm dövründə bütün istixanalara ödənişlərlə bağlı güzəştlər edir. Lakin mövsüm bitəndən sonra borc öhdəliklərini yerinə yetirməyənlər barədə müvafiq formada məhkəmə iddiaları qaldırılır”.
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb