logo

"AZAL" 150 sərnişini İstanbuldan Bakıya gətirir

13:17 17-06-2020 | icon 2254
"AZAL" 150 sərnişini İstanbuldan Bakıya gətirir

Azərbaycan vətəndaşları İstanbuldan Bakıya milli aviadaşıyıcının (AZAL) xüsusi reysi ilə yola salınıblar.

YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib. Qeyd edilib ki,  iyunun 17-si və 18-də Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirir. Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul edilir.

İstanbuldan Bakıya ilk reys iyunun 17-də saat 13:00-da (Türkiyə vaxtı ilə 12:00) həyata keçirilib.

Qeyd edək ki, satışına aviaşirkətin “www.azal.az” saytında iyunun 15-də başlanan İstanbul-Bakı istiqamətindəki biletlərin hamısının artıq alındığı bildirilib.

Xatırladaq ki, Bakı-İstanbul reysinə həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya bu ölkədə yaşamaq hüququ olan şəxslər), İstanbul-Bakı reysinə isə yalnız Azərbaycan vətəndaşları buraxılır.

Hər iki istiqamətdə reyslərə COVID-19 testindən keçən və neqativ nəticə alan sərnişinlər buraxılır. Bu halda COVID-19 neqativ müayinə arayışı ilə İstanbul-Bakı reysində səfər edən Azərbaycan vətəndaşları karantində saxlanmaq tələbindən azad olunurlar.

İstanbul-Bakı istiqamətində digər reysin iyunun 18-də həyata keçirilməsi nəzərdə tutulur.