logo

Türkiyədə koronavirusdan daha 17 nəfər dünyasını dəyişib

21:40 16-06-2020 | icon 448
Türkiyədə koronavirusdan daha 17 nəfər dünyasını dəyişib

Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 16-da ümumilikdə 46 min 800 nəfər yoxlamadan keçirilib. Onlardan 1467 nəfərdə virus aşkarlanıb.

 YeniAvropa  ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 1015 nəfər sağalıb, 17 nəfər dünyasını dəyişib.

Bu vaxtadək 2 milyon 721 min 3 nəfər koronavirus testindən keçirilib. Onlardan 181 min 298 nəfərdə virus aşkar olunub. Hazırda 732 nəfər reanimasiyada, 303 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 842 xəstə dünyasını dəyişib, 153 min 379 xəstə sağalıb.

Qeyd edək ki, Türkiyədə koronavirus məhdudiyyətləri ilə bağlı normallaşma prosesi davam edir. Gündəlik ölüm sayı nisbətən sabit olsa da, yoluxmada kəskin artım müşahidə olunur.