logo

TƏBİB Azərbaycanda koronovirusla bağlı son vəziyyəti açıqladı

22:43 15-06-2020 | icon 539
TƏBİB Azərbaycanda koronovirusla bağlı son vəziyyəti açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iyunun 15-nə olan məlumata əsasən, Azərbaycanda reanimasiyada və süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlayıb.

 YeniAvropa xəbər verir ki, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 132, süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı isə 30 nəfərdir.

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan 4 463 nəfər aktiv xəstə var.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 367 nəfərdə koronavirus aşkarlanıb, 156 nəfər sağalıb, 3 nəfər isə ölüb.

Bununla da indiyədək ölkəmizdə koronavirusa yoluxanların sayı 10 324 nəfərə, sağalanların sayı 5 739 nəfərə, ölənlərin sayı 122 isə nəfərə çatıb.