logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 4 825 nəfərə çatdı

20:57 15-06-2020 | icon 2527
Türkiyədə koronavirusdan ölənlərin sayı 4 825 nəfərə çatdı

Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 15-da ümumilikdə 42 min 32 nəfər yoxlamadan keçirilib. Onlardan 1592 nəfərdə virus aşkarlanıb. Gündəlik test sayında təxminən 3 min nəfər azalma olduğu halda, yoluxma sayında artım var.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, gün ərzində 947 nəfər sağalıb, 18 nəfər dünyasını dəyişib. Hər iki halda artım müşahidə olunur.

Bu vaxtadək 2 milyon 674 min 203 nəfər koronavirus testindən keçirilib. Onlardan 179 min 831 nəfərdə virus aşkar olunub. Hazırda 722 nəfər reanimasiyada, 291 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 825 xəstə dünyasını dəyişib, 152 min 364 xəstə sağalıb.

Qeyd edək ki, Türkiyə koronavirus məhdudiyyətləri ilə bağlı bu həftə ikinci dəfədir ki, həftəsonu sərtləşdirilmiş karantin rejimi tətbiq olunmur. Müşahidələrə görə, gündəlik yoluxma sayının kəskin artması bununla bağlıdır. Mayın sonunda və iyunun əvvəllərində gündəlik yoluxma mindən aşağıya düşmüşdü. Son günlər isə artın təxminən iki dəfə çoxalıb. Ehtimal edilir ki, hökumət yaxın zamanlarda sərt karantin qaydalarının yenidən tətbiqinə qayıda bilər.