logo

Qırğızıstanın baş naziri istefa verib

20:19 15-06-2020 | icon 2513
Qırğızıstanın baş naziri istefa verib

Bu gün Qırğızıstanın Baş Naziri Muxammedkalıy Abılqaziyev istefa verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, may ayında ölkə parlamenti Muxammedkalıy Abılqaziyevi bir mobil operatora qanunsuz olaraq radiotezlik satmaqda ittiham edib. Baş nazir bu ittihamla razılaşmayaraq istefa verdiyini bildirib.

Xatırladaq ki, Muxammedkalıy Abılqaziyev 2018-ci ildə Qırğızıstanın baş naziri təyin edilib.

Hazırda baş nazirin birinci müavini Kubatbek Boronov hökumət sədrinin səlahiyyətlərini icra edir.