logo

Çavuşoğlu Zəriflə Türkiyə-İran aviareyslərinin bərpasınıdan danışdı 

15:10 15-06-2020 | icon 2317
Çavuşoğlu Zəriflə Türkiyə-İran aviareyslərinin bərpasınıdan danışdı 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyədə səfərdədir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə nazir Məhəmməd Cavad Zərif arasında görüş keçirilib. Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. İkitərəfli münasibətlər və regional proseslərə dair mövqelərini açıqlayan nazirlər jurnalistlərin suallarını cavablandırıblar.

Nazir Mövlud Çavuşoğlu bildirib ki, yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən iki ölkə arasında dayandırılan aviareyslər avqustun 1-dən bərpa oluna bilər.

Nazir Məhəmməd Cavad Zərif COVID-19 epidemiyası ilə mübarizədə İran xalqına göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını ifadə edib.