logo

Özbəkistan da təyyarə reyslərini bərpa etdi

10:11 15-06-2020 | icon 504
Özbəkistan da təyyarə reyslərini bərpa etdi

İyunun 15-dən Özbəkistan sanitar-epidemioloji vəziyyəti yaxşılığa doğru gedən ölkələrlə təyyarə reyslərini bərpa edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Özbəkistanın koronavirusla bağlı Xüsusi Komissiyası məlumat yayıb. Bildirilib ki,təyyarə reyslərindən diplomatlar və onların ailələri, Özbəkistana sərmayə qoyan xarici şirkətlərin mütəxəssisləri, tranzitlə Özbəkistandan digər ölkələrə gedən xarici ölkə vətəndaşları, Özbəkistandan müalicə üçün gedənlər və ya ölkəyə gələnlər, təhsil və iş məqsədilə ölkədən çıxanlar istifadə edə bilərlər.

Vurğulanır ki, Özbəkistana yaşıl zona hesab edilən Yaponiya, Cənubi Koreya və Çindən gələnlər karantinə alınmır.

Avropa İttifaqının üzvü olan ölkələr, həmçinin Malayziya, Tailand və Sinqapur sarı zona hesab edilir və bu dövlətlərdən ölkəyə gələnlər 14 günlük ev karantinində saxlanılacaqlar.

Qırmızı zona sayılan Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, İran, Əfqanıstan və digər ölkələrdən gələnlər isə stasionarlarda 14 günlük karantinə yerləşdiriləcək.