logo

Ukraynada deputatı başından güllələdilər

22:55 23-05-2020 | icon 280
Ukraynada deputatı başından güllələdilər

Ukraynanın paytaxtı Kiyevdə Ali Radanın deputatı Valeri Davidenkonun meyiti aşkarlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ali Radanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, parlament üzvünün meyitini onun ofisində süpürgəçi aşkar edib. O, başından aldığı güllə yarasından ölüb. Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı məlumat yaymayıblar.

Valeri Nikolaeviç Davidenko 16 mart 1973-cü ildə anadan olub. O, parlamentə Çerniqov əyalətinin 208-ci dairəsindən seçilmişdi. V.Davidenko namizədliyini müstəqil irəli sürüb. O, heç bir partiyanın üzvü deyil.