logo

Türkiyədə daha bir azərbaycanlı koronovirusdan öldü

21:20 23-05-2020 | icon 2100
Türkiyədə daha bir azərbaycanlı koronovirusdan öldü

Türkiyədə COVID-19-a yoluxan azərbaycanlı vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,virusa yoluxan 52 yaşlı Sadəgül Xudiyeva xüsusi qaydalarla İstanbulun Sariyer rayonunda yerləşən "Kilyos" qəbiristanlığında dəfn edilib.

Ailəsindən verilən məlumata görə, əvvəlcə evdə müalicə alan həmvətənimiz sonra vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. O xəstəxanada vəfat edib.

Ölkəmizin Türkiyədəki səfirliyi faktı təsdiqləyib və ailəyə yardım göstəriləcəyi bildirilib.