logo

Xəzər dənizində dalğanın hündürlüyü 4,3 metrə çatıb

21:47 23-05-2020 | icon 2051
Xəzər dənizində dalğanın hündürlüyü 4,3 metrə çatıb

Milli Hidrometeorologiya Xidməti mayın 23-ü saat 21:30-a olan faktiki  hava şəraiti barədə məlumatı açıqlayıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, Daşkəsən, Zaqatala, Quba, Qusar, Şəki, Şəmkir, Mingəçevir və Şəkidə yağış yağıb.

Şimal-qərb küləyinin sürəti Neftçalada saniyədə 35, Naftalanda 32, Gəncədə 28, Tovuz, Ağstafa, Tərtərdə 25, Yevlaxda 23, Ağdam, Xaçmazda 20 metrə çatıb.

Həmçinin külək Maştağada 38, Bakıda 30, Neft Daşlarında 29, Pirallahı, Qum adasında 25, Sumqayıt, Ələtdə 24, Binədə 23, Zabratda 20 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,.3 metrə çatıb.