logo

Bakıda polis gücləndirilmiş iş rejiminə keçib

19:49 23-05-2020 | icon 2100
Bakıda polis gücləndirilmiş iş rejiminə keçib

Paytaxtda küləyin fəsadlarının aradan qaldırılması və şəhər əhalisinin təhlükəsizliyinin təminatı məqsədilə polis qüvvələri səfərbər olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər baş Polis İdarəsindən bildirilib. Qeyd edilib ki, hava şəraitinə uyğun olaraq, xidmət gücləndirilib.

Xatırladaq ki, artıq günün ikinci yarısından etibarən paytaxtda güclü külək əsir. Külək bir sıra yerlərdə fəsadlar törədib.