logo

Balakəndə istixanada narkotik yetişdirən  şəxs saxlanıldı

17:44 23-05-2020 | icon 2415
Balakəndə istixanada narkotik yetişdirən  şəxs saxlanıldı
İstixanada narkotik yetişdirən Balakən sakini saxlanılıb.
 YeniAvropa xəbər verir ki, bu barədəDİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayonun Qazma kənd sakini 51 yaşlı Rasim Bodurov saxlanılıb.  Onun yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi  çətənə bitkiləri aşkar edilib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.