logo

Paytaxtda küləyin sürəti saniyədə 20 metrə çatıb

16:43 23-05-2020 | icon 2177
Paytaxtda küləyin sürəti saniyədə 20 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin mayın 23-ü saat 16:00-a olan məlumatına əsasən, respublika ərazisində qərb rayonlarından başlayaraq şimal-qərb küləyi güclənib.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, küləyin maksimal sürəti Naftalanda 32, Gəncədə 28, Tovuz, Tərtərdə 25, Xaçmaz, Ağstafada və Bakıda 20, Yardımlıda 16 metr/saniyə olub.