logo

“Nissan”ı aşırdı,özü yox, sərnişini öldü

14:10 23-05-2020 | icon 2205
“Nissan”ı aşırdı,özü yox, sərnişini öldü

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin, paytaxt sakini Azər Bədirli hadisə yerində ölüb.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.