logo

“Azeri Light” 35,09 dollara satılır

13:57 23-05-2020 | icon 2758
“Azeri Light” 35,09 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,31 dollar ucuzlaşaraq 35,09 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.