logo

“Mall”ların açılacağı gözlənilir

19:09 22-05-2020 | icon 2051
“Mall”ların açılacağı gözlənilir

İyunda ölkəmizdə kütləvi tədbirlərin, toy mərasimlərinin keçirilməsini məqbul hesab etmirik. Epidemioloji vəziyyət buna imkan vermir. Lakin iyunun 1-dən sonra iri ticarət mərkəzlərinin, “mall”arın açılması və rayonlara gediş-gəlişin bərpası gündəmdədir.Növbəti yumşalma mərhələsində “mall”ların açılması gözlənilir.

YeniAvropa xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, əgər göstəricilər stabil olsa, bununla bağlı qərar qəbul edilə bilər. "Rayonlara gediş-gəlişin bərpasına gəlincə isə bunun şəxsi avtomobıl və ya ictimai nəqliyyatla olması da müzakirə edilir. Çimərliklərin açılması ilə bağlı problem görmürük. Əsas məsələ orada sosial məsafənin qorunmasıdır. Bununla bağlı təlimatlar, göstərişlər hazırlanır və yaxın günlərdə açıqlanacaq. İdman tədbirləri ilə bağlı məsələ də müzakirə olunur”, - deyə R.Bayramlı qeyd edib.