logo

Türkiyədən daha 174 azərbaycanlı təxliyə edilir

13:55 22-05-2020 | icon 231
Türkiyədən daha 174 azərbaycanlı təxliyə edilir

COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin müvəqqəti bağlanmasından sonra Türkiyədə qalan və Vətənə qayıtmaq istəyən azərbaycanlıların təxliyəsi davam edir.

YeniAvropa Azərbaycanın Türkiyədəki səfirliyinə istinadla xəbər verir ki, soydaşlarımızın təxliyəsi üçün növbəti çarter reysi mayın 22-də təşkil ediləcək. Bu reys vasitəsilə biri körpə olmaqla 174 azərbaycanlı İstanbul Hava Limanından Vətənə gətiriləcək.

Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində Azərbaycanla Türkiyə arasında hava və quru sərhədlərində gediş-gəliş martın 15-dən müvəqqəti olaraq dayandırılıb.