Zakir Həsənov sərhəddə yeni tikilən hərbi hissələrin açılışında iştirak edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni tikilmiş hərbi hissələrin açılışında iştirak edib və inşası davam etdirilən obyektlərə baxış keçirib.
YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, mərasim iştirakçıları istifadəyə verilən qərargah binaları, əsgər yataqxanaları və yeməkxanalar, tibb məntəqələri, idman şəhərcikləri, sıra meydanları, döyüş texnikaları üçün saxlanclarda yaradılan şəraitlə maraqlanıblar.
Bildirilib ki, IP mühafizə və IP videomüşahidə sistemləri, yanğın əleyhinə siqnalizasiya və daxili rabitə sistemləri quraşdırılmış qərargah binaları tam şəkildə mebel və avadanlıqlarla təchiz edilib. Qərargah binalarında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları istifadəyə verilib.
Ərazidə inşa olunan yataqxana binaları da mebel və inventarlarla təmin edilib. Burada iş, məişət və digər xidməti otaqlar istifadəyə verilib. Binada yanğından mühafizə və daxili rabitə sistemləri quraşdırılıb. Hərbi hissənin ərazisindəki tibb məntəqələri müasir standartlara cavab verən tibbi avadanlıqla təmin olunub.
Şəxsi heyətin rahat və keyfiyyətli qidalanmasının təşkili məqsədilə geniş yeməkxanalar lazımi avadanlıqlarla təchiz edilib. Ərzaq anbarlarında soyuducu kamera və digər ərzaq saxlama otaqları, əşya anbarında isə əmlak saxlama otaqları mövcuddur. Ərazidə yaşıllıq zolaqları salınıb, müxtəlif növ ağaclar, dekorativ kollar əkilib, yollara asfalt salınıb, qaz və yüksək gərginlikli elektrik xətləri çəkilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun sərəncamında olan hərbi obyektlərdə tikinti, yenidənqurma, təmir işlərinin 90 faizi artıq başa çatdırılıb və növbəti illərdə bu işlərin tam yekunlaşdırılması planlaşdırılır. Bildirilib ki, hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulan yataqxanaların tikintisi davam etdirilir və Ali Baş Komandanın tapşırığına əsasən bu istiqamətdə işlər bundan sonra da həyata keçiriləcək.
Burada yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib
Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunan konfrans keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Bakıda QDİƏT-in turizm üzrə toplantısı keçirilir