logo

Topu olmayan Bayramın "topdağıtmaz" sərvəti (SİYAHI)

12:55 22-05-2020 | icon 2030
Topu olmayan Bayramın "topdağıtmaz" sərvəti (SİYAHI)

Ötən gün Şuşada qondarma "DQR"in rəhbərliyinin "andiçmə" mərasimi keçirildi. Bakıda isə hələ də  Şuşaya icra başçılığı edən Bayram Səfərov  maraqlı açıqlaması ilə gündəmə gəldi:"Mən açıqlama verirəm hərə ağzına gələni yazır. Bayramın elə bil topu, tüfəngi var. Bayram neynəməlidir? Bayram gedib, Şuşanı ermənilərdən alandı? Axmaq-axmaq sözlər yazırlar". Bayram kişi düz deyir, onun top-tüfəngi yoxdur, amma "topdağıtmaz" sərvəti var.

 YeniAvropa xatırladır ki,  69 yaşlı Bayram Əsəd oğlu Səfərov 11 ildir ki, Şuşa Şəhər İcra hakimiyyətinin başçısıdır.

Prezident İlham Əliyevin çıxışı zamanı mürgüləyən, "Şöhrət" ordenli icra başçısının hələ bəlli olan sərvətinin siyahısını jurnalist Həbib Müntəzirə istinadla təqdim edirik.

Xətai rayonu, General Mehmandarov, ev 68, m. 9 ünvanında mənzil

Novxanıda yerləşən 6 milyon dollarlıq villa

Dərnəgüldə daha bir mənzil

Əhmədlidəki Leyla PALACE Şadlıq sarayı, restoran və PUB

Nərimanov metrosu ərazisində bir neçə obyekti

“Qala” restoranı

“Kosmos” Restoranı

Nərimanov parkında yerləşən “İstanbul” kafesi

La Vita Cafe and Restoran

Novxanı yolunun üzərində yerləşən aqlay daş plitələr istehsal edən sexləri

Novxanıda mal-qara ferması

Fermanın yaxınlığında gön-dəri sexi

Binəqədidə hektarlarla torpağı

M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mədəniyyət və istirahət parkı

Bakının müxtəlif yerlərində obyektləri və Sədərək, Binə bazarlarında çoxlu sayda dükanları

Rufis adlı oğlunun adına "Kəklik" MMC şirkəti

Oğlu polkovnik-leytenant Xəlil Səfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisidir

Qiyməti 50-60 min dollar olan "58-AA-001” dövlət nömrə nişanlı "Lincoln MKS” model avtomobil