logo

Rüstəm Usubovun fantastik sərvəti (SENSASİON SİYAHI)

10:47 22-05-2020 | icon 2478
Rüstəm Usubovun fantastik sərvəti (SENSASİON SİYAHI)

Junalist Həbib Müntəzir sosial şəbəkədə ötən gün baş prokurorun birinci müavini vəzifəsindən çıxarılan Rüstəm Usubovun sərvətinin siyahısını paylaşıb.

 YeniAvropa həmin siyahını təqdim edir:

Nəsimi rayonu, Bülbül Prospekti, ev 65C ünvanında bir neçə mənzilləri,

Mərdəkanda hərəsi 10 milyon dəyərində yan-yana 4 villa,

28 may küçəsində 4 otaqli mənzil,

Naxçıvanidə 4 otaqli mənzil,

Səməd Vurğun küçəsində bir blokda 3 ədəd mənzil,

Yasamalda 3 yeni mənzil,

İçəri Şəhər metrosu yaxınlığında 2 yeni mənzil

12 ədəd hərəsinin dəyəri iki yüz minlik mənzil

"Neftçilər"də  "Xəzər" universitetinin yanında yeni tikili 4 bina

"Xalqlar dostluğu"nda yeni tikilir 2 bina

D. Bünyadzadə küçəsində "Xəmirçi" Təndirxana və Market,  onun yaxınlığında ət dükanları,

D.Bünyadzadə küçəsində "Səbət" kafesi,

Yeni Yasamaldakı Şakoroll restoranı, Tikinti materialları dükanı,

"Elit" kişi salonu,

Yasamalda bir aptek,

Böyük Alman malları dükanı,

"Gəncə məhsulları" adında dükan şəbəkələri,

9-cu Mikrarayonda Karaoke kafesi,

Ayna Soltanova heykəlinin arxasında "Oazis" və "Lido" restoranları.

Moskvada bir bağ evi

Fransada mənzil.

Rüstəm Usubovun 3 qızı var: Humay, Nərmin və Nəzrin Usubovlar.

Humay göz həkimidir, öz klinikası var. Humayın Ayna Soltanovada Hoteli, "Təzə Bazar"la üzbəüz binada hərəsi 400 min manatlıq 2 mənzili, Hüseyn Cavid prospektində "Mirvari Park" kompleksində 2 ədəd hərəsi 1 milyon dəyərində mənzil, 9 cu mikrarayonda 3 mərtəbəli çay evi, 4 avtomobil-"Land Cruser", "Audi","BMW", "Mercedes Maybach".

Nərmin diş həkimidir, öz klinikası var. Nərminin "Təzə bəy" hamamının yanında yeni tikilidə qiyməti 1.5 milyon olan 2 mənzil, Hüseyn Cavid prospektində "Mirvari Park" yaşayış kompleksində 2 ədəd dəyəri 1 milyon olan 2 mənzil, Rəşid Behbudov prospektində, Xarici dillər universitetinin yanında 2 mənzil hərəsinin dəyərləri 1 milyon, Türkiyədə(Bodrum) mənzil, Almaniyada mənzil, Mərdəkanda 2 ədəd hərəsinin dəyəri 5 milyon olan iki villa, 005 dövlət nömrə nişanlı 3 avtomobil: "Lexus","Maseratti", "BMW".

Nəzrin hüquqşünasdır məhkəmədə işləyir. Nəzrin oğlunun adını Rüstəm qoyub və varis elan olunub, o biri qızlarının nəyi varsa  bu qızın əmlak və biznesi dəfələrlə artıqdır. Üstəlik yoldaşı da eks-nazir Yavər Camalovun bacısı oğludur.

Rüstəm Usubovun həyat yoldaşı Kəmalə Usubova milyonlarla dəyərində antik qızıl və brilliant kolleksiyaçısıdır.

Rüstəm Usubovun kürəkəni Nəsimi rayon, 20-ci Polis Bölməsinin rəisi mayor Vüqar Abdullayev.

İkinci kürəkəni Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir. Ölkədə mərmər monopoliyasına nəzarət edir. Qardaşı Üzeyir İsmayılov Müdafiə Sənayesi nazirliyinin aparat rəhbəri.

Kiçik kürəkəni Zaur vergilərdə audit şöbəsinin rəisidir. Bütün əmlakları və biznesləri qayınları Abdinov Emin və Abdinov Fuad Alim oğlanlarının adlarına rəsmiləşdirilib. Qaynı Abidinov Eminin “DƏNİZ EA” MMC şirkəti var.

Rüstəm Usubovun maşın kolleksiyası: "Lexus RX Premium Jeep"- 011, 005 nömrəli, 002 nömrəli Mercedes-Benz GL, 2 ədəd Land Cruser markalı avtomobil, Panamera Porshe markalı avtomobil, Mercedes-Benz S-Klas markalı avtomobil, Kürəkəni Üveysinin Gelandewagen 6.3 motorlu, Dubayda şeyxlər üçün yığılma avtomobili var.