logo

"AZAL" Varşavadan Bakıya daha 100 soydaşımızı gətirdi

19:58 21-05-2020 | icon 2002
"AZAL" Varşavadan Bakıya daha 100 soydaşımızı gətirdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməkdə davam edir.

QSC-dən YeniAvropa-ya  bildirilib ki, mayın 21-də Varşavadan Bakıya çarter reyslə 100 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Xatırladaq ki, bu həftə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq,  "AZAL"  Berlindən çarter reysi həyata keçirmişdi.