logo

Sinoptiklərdən Bakıda güclü külək, bölgələrdə leysan xəbərdarlığı...

17:11 21-05-2020 | icon 2002
Sinoptiklərdən Bakıda güclü külək, bölgələrdə leysan xəbərdarlığı...

Mayın 23-ü gündüzdən 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin sürətinin saniyədə 19-24 metr olacağı, arabir 28-33 metrədək güclənəcəyi, mayın 23-ü axşam və 24-nə keçən gecə yarımadanın bəzi yerlərində arabir 35-38 metrədək şiddətlənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildiriblər ki, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə enəcək.

Azərbaycanın rayonlarında mayın 23-ü gündüzdən mayın 25-nədək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi, mayın 23-də ayrı-ayrı yerlərdə arabir 33-38 metrədək şiddətlənəcəyi ehtimalı var. Havanın temperaturu mayın 24-də ötən günlərlə müqayisədə 8-10 dərəcə enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.